Bu gün Qətərdə Klublararası Dünya Çempionatının final oyunu keçirilib.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, finalda İngiltərənin "Liverpul" klubu ilə Braziliyanın "Flamenqo" klubu qarşılaşıb.
Oyunun əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Uzatmalara gedən oyun Roberto Firminonun 99-cu dəqiqədə vurduğu qolla "Liverpul"un qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Liverpul" tarixi ərzində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub.