"Neftçi" heyətini gücləndirib.
Klubun saytı xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.
Sonuncu klubu "Maşinsazi"nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın "Naft Tehran" (2012-2013), "Gostareş Fulad " (2012-2013, 2013-2016, 2017-2018), "Traktor" (2014-2016), "Persepolis" (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) 6 oyun keçirib, 1 qola imza atıb.