Poqba transferə çıxarıldı


"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanı satmağa razılıq verib.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" Fransa millisinin üzvünün transfer qiymətini də açıqlayıb.

Bu mövsüm zədələr səbəbindən komandaya xeyir verməyən 26 yaşlı orta sahə oyunçusunun satışından ingilislər 150 milyon avro gəlir götürmək niyyətindədir. Ulduz futbolçunun xidmətində maraqlı olan "Yuventus" və "Real Madrid" keçidi reallaşdırmaq istəyirsə, tələb olunan məbləği ödəməlidir.

Qeyd edək ki, Pol Poqbanın müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.