Transfer qadağası götürülən "Çelsi" qış fasiləsində ilk transferini rəsmiləşdirib.
Goal.az xəbər verir ki, London klubu Tromsø-dən gənc hücumçu Brayan Fiabema ilə müqavilə bağlayıb.
"Zadəganlar" 17 yaşlı forvardın keçidi üçün Norveç klubuna 600 min avro ödəyib. Gənc istedad bir müddət "Çelsi"nin U-18 və U-23 komandalarında çıxış edəcək.