Suaresə alternativ tapılıb:  “Barselona” Falkao üçün hərəkətə keçib


Yanvar ayı transfer dövrünün ən bomba iddiası yayılıb. “Qalatasaray”ın ulduzu Radamel Falkaonun adı “Barselona” ilə hallanır. Katalon klubunda Luis Suaresin zədələnməsi və  4 ay meydanlardan uzaq qalması xəbərindən sonra gözlər yeni forvet namizədə çevrilib.


İspaniya mediası “Barsa”nın Suaresə alternativ ola biləcək forvetləri sıralayıb. Bu adlar arasında Radamel Falcao da yer alır.
Uruquaylı qolçunun yoxluğunu doldura biləcək adlar arasında; Olivier Giroud, Edinson Kavani və Radamel Falkao göstərilir.
Qış transfer dövrü bitənə qədər “Barselona”nın yeni bir həmlə edəcəyi bildirilir. Katalon klubunun hərəkətə keçdiyi və dərhal forvetə alternativ axtardığı qeyd edilir.

Turan