Levandovski "Real Madrid"ə keçə bilər

Almaniyanın "Bavariya" klubu futbolçusu Robert Levandovski ilə yollarını ayıra bilər. 

"Report" "Fichaje" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu karyerasında dəyişiklik etmək niyyətindədir. Polşalı forvardın İspaniyanın "Real Madrid" klubuna transfer olunmaq ehtimalı var.

Daha əvvəl oyunçunun agenti onun yay transfer dönəmində İngiltərə "Mançester Siti"sinə keçə biləcəyini istisna etməyib. 

Qeyd edək ki, cari mövsüm Münhen təmsilçisinin heyətində 10 oyuna çıxan Robert Levandovski 13 qola imza atıb.