İngiltərə millisinin qapıçısı Avropa çempionatlarında ən yaxşı 2-ci qapıçı sayılır

İngiltərə yığmasının qapıçısı Cordan Pikford Avropa çempionatları tarixində 2-ci yaxşı göstəriciyə malikdir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, yalnız ispaniyalı qolkiper İker Kasilyasdan geri qalır.

Reytinq zamanı ən azı 10 oyun keçirən qapıçıların göstəriciləri nəzərə alınıb. Zərbələrin dəf edilməsində Pikfordun faiz göstəricisi 85-ə bərabərdir. Kasilyas isə 87 faiz zərbələri dəf edib. İtaliyalı Canluici Buffon (81 faiz) siyahıda üçüncüdür.

Qeyd edək ki, ingilis qapıçı AVRO-2024-də 5 oyunda qapısından 3 top buraxıb. O, iki oyunda qapısını toxunulmaz saxlayıb.