Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.
Qurumdan “Sherg.az”a verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Kollegiya iclasında “Öyrədənlər platforması” barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul olunub. Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.
Tədbirdə idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə də baxılıb və nazirliyin kollegiya qərarı ilə Ramal Əsgərov, İlqar Tağıyev “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüblər.