İspaniya-İngiltərə finalının hakimi bəlli oldu

Avropa Çempionatının final matçını idarə edəcək hakim bəlli olub.
Apasport.az xəbər verir ki, UEFA Hakimlər Komitəsi finalı fransalı Fransua Leteksieyə tapşırıb.Leteksierin köməkçiləri Siril Maqnier və Mehdi Rahmoni olacaq. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.
Qeyd edək ki, fransız hakim buna qədər Avropa Çempionatının İspaniya-Gürcüstan, Danimarka-Serbiya və Xorvatiya-Albaniya oyunlarını idarə edib.