Türkiyə Superkubokunda "Qalatasaray" və "Beşiktaş" arasında final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.
Axar.az xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.
Matç Bakı vaxtı ilə 21:45-də start götürəcək.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.