Sergen Yalçın xəstə qardaşına görə "Beşiktaş"a yox dedi

 “Beşiktaş”ın prezidenti Serdal Adalı ilə Sergen Yalçın arasında görüşdən sonra qərar verilib. 

 Sherg.az xəbər verir ki,  Sergen Yalçın  “Beşiktaş”ın baş məşqçisi ola bilməyəcək. 

“TRT Spor”un xəbərinə görə, “qara-qartallar”ın başına keçəcəyi gözlənilən Sergen Yalçın bu vəzifəni qəbul edə bilməyəcəyini ifadə edərək, reanimasiyada olan qardaşı Gürsoy Yalçının müalicəsi ilə maraqlanmaq istədiyini bildirib.   


“Beşiktaş”ın baş məşqçi namizədləri aşağıdakılardır:

Mehmet Özdilek
Razvan Luçesku
İbrahim Üzülməz
Tamer Tuna
Tayfun Qorqud
Ərtoğrul Sağlam
Sinan Kaloğlu

Qeyd olunub ki, Sergen Yalçının təklifi rədd etməsindən sonra Razvan Luçesku gündəmə gəlib.

"Fotomaç" xəbər verir ki, rumıniyalı çalışdırıcı ilə Serdal Adalının yaxın vaxtlarda görüşəcəyi bildirilib.