"Çelsi" Qazaxıstan millisinin hücumçusunu transfer edəcək

İngiltərə təmsilçisi "Çelsi" “Kayrat”ın və Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusu Dastan Satpaevi transfer edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid "zadəganlar"a 4,3 milyon avroya başa gələcək.

Hazırda 16 yaşı olan oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Satpaevlə sözləşmə 2026-cı ilin avqustunda, onun 18 yaşı tamam olanda qüvvəyə minəcək.