Azərbaycan Premyer Liqasında komanda sayı artırıldı - RƏSMİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yeni qərarla 2025/2026-cı illər mövsümündən komanda sayı 10-dan 12-yə çatdırılacaq.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.