DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIV turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Boliviya və Uruqvay arasında görüş 0:0 hesabı ilə bitdikdən sonra Argentina mundiala vəsiqəni təmin edib.
Sona 4 tur qalmış bu hüququ qazanan son dünya çempionu günün mərkəzi qarşılaşmasında Braziliyanı sınağa çəkib. Argentinalılar rəqibini darmadağın edib – 4:1.
Turun 5 matçından üçü heç-heçə nəticələnib.
Argentina yığması bununla mundiala vəsiqə qazanan 4-cü komanda olub. Lionel Skaloninin yetirmələri Bolviya və Uruqvayın da qolsuz heç-heçəsi sayəsində DÇ-2026-ya vəsiqəni təmin edib.
Bunadək Yaponiya, Yeni Zelandiya və İran da mundiala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi
XIV tur
25 mart
Boliviya – Uruqvay – 0:0
Argentina – Braziliya – 4:1
Çili – Ekvador – 0:0
Kolumbiya – Paraqvay – 2:2
Venesuela – Peru – 1:0