Lionel Messi "İnter Mayami"də rekorda imza atıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.

Bununla da o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 24 qol və 20 məhsuldar ötürməyə imza atıb.

Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. 37 yaşlı hücumçu bu mövsüm MLS-də 4 müntəzəm mövsüm oyununda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.