Acun Ilıcalı ilk dəfə hakim qarşısında: Aylıq gəlirini açıqladı

İlıcalı və digər 7 nəfər 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası ilə üz-üzədir

Acun Ilıcalı və TV8 ilə Exxen platformasının əməkdaşlarının da aralarında olduğu 8 nəfər, “qeyri-qanuni bahis reklamı ilə insanları təşviq etmək” ittihamı ilə İstanbul 25-ci Asliye Cinayət Məhkəməsində hakim qarşısına çıxıb.

Sherg.az xəbər verir ki, məhkəmədə ifadə verən Ilıcalı, aylıq gəlirinin 5 milyon lirə olduğunu bildirib və bu məsələylə bağlı təəccüb içində olduğunu deyib:

“8-10 ildir yayımlanan oyunlarda yayımlayıcının müdaxilə şansı yoxdur. Biz yalnız yayınladıq. Bu qədər sadə və günahsız bir səbəblə buradayam, çox üzgünəm.”

UEFA-nın reklamları yerləşdirdiyini və yayımçının bunlara müdaxilə edə bilmədiyini qeyd edən Ilıcalı, məsuliyyəti üzərinə götürdüyünü və dostlarından üzr istədiyini bildirib.

TV8 rəhbərliyindən də açıqlama

TV8-in baş direktoru Aslı Yaşaroğlu isə yayımlanan reklamlara texniki olaraq müdaxilə imkanlarının olmadığını və matç yayımının qanunvericilik tələbi ilə həyata keçirildiyini vurğulayıb.

Məhkəmə 25 noyabra təxirə salındı

İddianaməyə görə, Ilıcalı və digər 7 nəfər 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası ilə üz-üzədir. Məhkəmə işin ekspertizaya göndərilməsinə qərar verərək, növbəti iclası 25 noyabr 2025-ə təyin edib.

Ilıcalı isə duruşmadan sonra verdiyi açıqlamada “Ən günahsız olduğum mövzuda ittiham olunuram. Ədalətə güvənirəm, mütləq bəraət alacağıq” deyib.