Dünya çempionatı: PSJ “Real”ı darmadağın etdi

ABŞ-da təşkil olunan klublararası dünya çempionatının ikinci finalçının adı bəlli olub.

Axar.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyun günündə Fransanın PSJ və İspaniyanın “Real Madrid” klubları üz-üzə gəlib. Qarşılaşma Fransa komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb və finala yüksəlib.

Klublararası dünya çempionatı, 1/2 final

9 iyul

Saat 23:00 PSJ (Fransa) 4–0 “Real Madrid” (İspaniya)

Qeyd edək ki, bu oyunun qalibi finalda İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq.