Sentyabrın 1-dən Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərar 90 gün müddətində qüvvədə olacaq.
Maraqlıdır, gömrük rüsumlarının ləğv edilməsində məqsəd nədir və bu proses neftin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a bildirdi ki, ölkəmizdə 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. İqtisadçının sözlərinə görə, gömrük rüsumlarının ləğv olunmasında əsas məqsəd qiymətin aşağı salınması deyil, əksinə yuxarı qalxmasının qarşısını almaqdır:
“Düşünmürəm ki, bezinin qiymətinin aşağı düşməsi ilə bağlı müraciətlər edilsin. Aİ 95 markalı benzin Tarif Şurasnının nəzarətindən çıxarılıb. Ona görə də əslində qiymətləri bazar müəyyənləşdirməlidir. Ölkəmizdə neftayırma zavodları çox köhnəlib və Azərbaycan bu zavodların yenilənməsinə gecikib. Artıq yerli istehsalımız istehlakçı qarşılamağa kifayət etmir. Bu da ciddi suallar doğurur ki, uzun illər neft çıxarma təcrübəsinə malik olan, neft ölkəsi sayılan Azərbaycanda hələ də neft emalı ilə bağlı müasir zavodların qurulması işi sona çatdırmayıb”.
N.Cəfərli qeyd edib ki, Aİ 92 markalı benzini gətirən şirkətlər məcbur idi ki, xaricdən, əsasən də Rusiyadan gətirdikləri benzini baha satsınlar. Ona görə də 15 faizlik gömrük rüsumundan azad edilmə bahalaşmanın qarşısını almaq üçün atılan addım idi:
“Müəyyənləşdirilən 90 gün ərzində yerli istehsal bərpa olunacaqsa və istehsalda artım müşahidə ediləcəksə, sonradan bu müddət uzadılmayacaq. Yox əgər yenidən yerli istehsalda azalmalar olsa, bazarda çatışmazlıq qeydə alınsa və idxaldan asılılıq artsa, 90 gündən sonra da müddət uzadıla bilər. Çox güman ki, uzadılacaq da. Çünki 90 gün ərzində bu sahədə ciddi irəliləyişin olacağını düşünmürəm. Amma verilən qərar gündəmə bir daha onu gətirdi ki, Azərbaycanda neft emalı ilə bağlı problemlər yerindəcə qalır. Neft ölkəsi olmağımız bizə çoxdan imkan yaradırdı ki, müasir neftayırma zavodları inşa edək. Xam neft ixrac etməkdənsə, neft məhsulları, həmçinin keyfiyyətli benzin istehsal edib xaricə satsaydıq daha çox valyuta ələd edə bilərdik. Rüsumların ləğvi bu məsələni yenidən gündəmə gətirməlidir və hökümət bu istiqamətdə müəyyən addımlar atmalıdır ki, yaxın gələcəkdə müasir neftayırma zavodları qurulsun”.
Rüsumun ləğvi benzini ucuzlaşdırmayacaq - Baş nazirin qərarı bahalaşmanın qarşısını almaq üçündür
17:40 28.08.2019
İqtisadiyyat
554
Xəbər lenti
Hamısına bax
Motosikldə təhlükəli səyahət: Altı nəfər mindi
13:29 25.11.2024
Hadisə
Nazir inflyasiya faizini açıqladı
13:13 25.11.2024
İqtisadiyyat
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
13:07 25.11.2024
Cəmiyyət
Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
12:39 25.11.2024
Hadisə
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edilib
12:32 25.11.2024
Media
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:28 25.11.2024
Media
Prezident Surinam dövlət başçısını təbrik edib
12:16 25.11.2024
Siyasət
Azərbaycanlı jurnalistin Ermənistana girişinə icazə verilmədi
12:03 25.11.2024
Gündəm
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
11:49 25.11.2024
Cəmiyyət
Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
11:42 25.11.2024
Gündəm
İsrail HƏMAS-ın qərargah rəisinin öldürüldüyünü açıqladı
11:30 25.11.2024
Dünya
Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
11:16 25.11.2024
Cəmiyyət
Tramp transgenderləri ABŞ ordusundan qovacaq
10:56 25.11.2024
Dünya
Azərbaycanda qardaş qardaşı öldürdü
10:49 25.11.2024
Hadisə
Gürcüstanda prezident seçkiləri keçiriləcək
10:35 25.11.2024
Dünya