“Ölkədə məktəbli formasının istehsalını yalnız Bakı Tikiş Evinə(BTE) həvalə etmək doğru deyil”.
Bunu “Sherg.az”a məktəbli formaları ilə bağlı yaranan etirazlarıın səbəblərini izah edərkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib.
Onun sözlərinə görə, məktəbli formasının istehsalının ancaq BTE-yə verilməsi insiharçılığın bir növüdür:

“Fikrimcə, məktəbli formalarını ayrı-ayrı məktəblərin təyin etməsi daha yaxşı olar. Yəni, paltarların formasını, rəngini məkəb seçib, valdeynlərə verməlidir. Eyni zamanda valideynlərə o paltarları hansı istehsalçıda tikdirməlidirlər və ya haradan almalıdırlar kimi seçimlərdə azadlıq verməlidirlər.
Lakin məktəbli geyimləri istehsalının yalnız BTE-yə həvalə olunmasını müsbət dəyərləndirmirəm. Bunu insiharçılıq kimi dəyərləndirirəm. Bu konteksdən valideynləri dəstəkləyirəm. Bu sahədə monopoliya qurulub.
BTE-nin ayaqda qalması üçün bütün sifarişlərin ona verilməsi bazarda rəqabəti azaldır. Bu addım bazar iqtisadiyyatı tələblərinə ziddir. Hesdab edirəm ki, doğru tensensiya deyil”.