Əhalinin gəlirləri artıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 36 861,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,5 faiz artaraq, 3 727,8 manata çatıb.