Ekpert narazıdır: “Sosial evlər layihəsi biabırçı hala salındı”

İqtisadçı- alim Vüqar Bayramov öz “Facebook” profilində sosial evlər məsələsinə toxunub. Alim qeyd edib ki, sosial evlər kommersiya evlərinə çevrilib. 
Ekspertin sözlərinə görə, son günlər əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb: 

“Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə verərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.

Həmçinin belə hallarda evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır. Bu cür halların qarşısını almaq üçün evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. 



V.Bayramovun iddiasında haqlı olduğunu söyləyən İqtisatdçı-ekspert Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, sosial evlər layihəsi icraedici orqan biabırçı vəziyyətə saldı:

“30 saniyəyə minlərlə ev satırlar. Bəli, adından da göründüyü kimi bu sosial evlərdir məhz evi olmayan, gəliri aşağı olan ailələrə verilməlidir. Bunun üçün müraciət edənlər ətraflı araşdırılmalıdır.

Burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki jurnülietlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir.Hələ mən bu sosial evlərin az qala bazar qiymətinə olduğu məsələsinə toxunmuram.

Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmaldır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.