Nazirlik və komitələrə bu qədər pul xərclənəcək

Bakı Araşdırmalar İnstitutu (BAİ) 2019-cu ilin dövlət büdcəsinə əsaslanaraq, dövlətin nazirlik və komitələrin saxlanmasına xərcləyəcəyi vəsaitlə bağlı infoqrafik hazırlayıb.

Modern.az həmin infoqrafikə əsasən rəqəmləri təqdim edir:

Prezident Adminstrasiyası 98,49 milyon manat;

Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) 28,18 milyon manat;

Milli Məclis 27,77 milyon manat;

Maliyyə Nazirliyi 26,38 milyon manat;

Vergilər Nazirliyi 24, 43 milyon manat;

Kənd Təsərrüfatı Nazirliyi 18,88 milyon manat;

Dövlət Statistika Komitəsi 17,3 milyon manat;

Əmlak Məsələləri Dövlət Komitəsi 12,01 manat;

Xarici İşlər Nazirliyi 11,21 milyon manat;

İqtisadiyyat Nazirliyi 11,08 milyon manat;

Təhsil Nazirliyi 11,04 milyon manat;

Qida Təhlükəsizliyi Agentliyi 10,01 milyon manat;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9,92 milyon manat;

Nazirlər Kabineti 8,69 milyon manat;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8,68 milyon manat;

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8, 48 milyon manat;

Gənclər və İdman Nazirliyi 7, 23 milyon manat;

Mədəniyyət Nazirliyi 6,64 milyon manat;

Hesablama Palatası 4,37 milyon manat;

Energetika Nazirliyi 3,6 milyon manat;

Mərkəzi Seçki Komissiyası 2, 72 milyon manat;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2, 71 milyon manat;

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2, 71 milyon manat;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2, 67 milyon manat;

Səhiyyə Nazirliyi 2, 28 milyon manat;

Diasporla İş üzrə Dövlət Komitəsi 1, 85 milyon manat;

Dövlət Turizm Agentliyi 1, 84 milyon manat;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1, 55 milyon manat;

Tarif (qiymət) Şurasının Katibliyi 0,62 milyon manat;

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi 0,16 milyon manat.