Azərbaycan xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətində azlığına görə ilk onluğa düşən ölkələr siyahısındadır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 17.6 faiz təşkil edir. Azərbaycan bu göstəriciyə görə doqquzuncu yerdə qərarlaşıb.
Siyahıda birinci yer isə Honkonqa məxsusdur. İkinci yerdə olan Bruneyin xarici borcunun ÜDM-ə nisbəti 2.6 faizdir.
Bu göstəricilər Əfqanıstanda 6.9, Estoniyada 7.6, Botsvanada isə 12.8, Rusiyada 13.8, Konqoda 14, Solomon adalarında isə 14.6, Küveytdə isə 17.8 faizdir.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə görə, Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dollardır.