Hazırda neft bazarında sabitliyi müşahidə edə bilmirik.
Bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda deyib.
“Neftin qiymətinin 60 dollar/barrel civarında dəyişdiyinə şahid olsaq da, bazarda sabitliyi görə bilmirik. Neft bazarına gözlənilməz, qarışıqlığa səbəb ola biləcək hadisələrin təsirləri var. Bu hadisələrin təsirini minimuma endirmək üçün yollar axtarmalıyıq”, - Novak qeyd edib.