Rusiya və Türkiyə milli valyutalarla hesablaşmalar barədə razılaşma imzalayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya və Türkiyə milli valyutalarla hesablamalar və ödənişlər, eləcə də banklararası qarşılıqlı fəaliyyətin genişləndirilməsi və möhkəmləndirilməsi haqqında saziş imzalayıb. Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Sazişi Rusiya Maliyyə naziri Anton Silunov və Türkiyə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıblar.
Məlumatda deyilir ki, sənədin imzalanmasından məqsəd iki ölkə arasında maliyyə əməliyyatlarında tədricən milli valyutalarla keçid, maliyyə bazarında müvafiq infrastrukturun yaradılması, Rusiya və Türkiyə milli valyutalarının cəlbediciliyinin artırılmasıdır.