Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında 11 pillə irəliləyib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
Bununla da Azərbaycanın mövqeyi 2.7 bal yaxşılaşaraq 62.7 bala çatıb.
Reytinq siyahısına Sinqapur liderlik edir. Sinqapurdan sonra isə ABŞ, Honkonq Niderland və İsveçrə siyahıda ilk beşliyə düşüb.