Azərbaycan Almaniya investorlarını ölkəyə pul qoymağa dəvət edib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın ("Ost-Ausschuss der Deutschen Wirtschaft") idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik. İnvestisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivləri dəyərləndirdik", - deyə o qeyd edib.