Gələn il dövlət büdcəsində təhsil xərcləri 4 946 073 190,0 manat olacaq.
APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsində təhsil xərcləri 4 550 334 684,0 manat olub.
Beləliklə, təhsil xərcləri 12 faizə qədər artır.