COP29 Sədrliyi tərəfləri iqlim maliyyələşməsini ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birgə işləməyə çağırır

“Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik. Bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir”.
APA xəbər verir ki, bu barədə COP29 Sədrliyinin bu gün yaydığı bəyanatında deyilir. Bəyanatda bildirilir ki, COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə öyrənməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır.

“Tərəfləri inkişaf etməkdə olan ölkələrn iqlim maliyyəşməsini 2035-ci ilə qədər dövlət və özəl mənbələrdən ildə ən azı 1,3 trilyon ABŞ dolları hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik”, - deyə bəyanatda vurğulanır.