Azərbaycanın düyü idxalına xərci 35 faizdən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,4 milyon ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 9,5 min ton və ya 18,6% çoxdur.

Ötən ilin ilk 11 ayında düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.

Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da bir il əvvələ nisbətən 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur.