Mərkəzi Bankın apardığı siyasət elastik və sağlamdır
Yusif Nəzərli
00:51 08.01.2025
İqtisadiyyat
688
Bu il yanvarın 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb.
Azərbaycanda makroiqtisadi tarazlığın öz yerində olduğunu vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimli deyib ki, Mərkəzi Bankın apardığı siyasət elastik və sağlamdır. Yəni bununla bağlı hər hansı bir təhlükəli fon yoxdur ki, azalmanı neqativ tərəfə istiqamətləndirək: "Xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirilib. İşğaldan azad edilən rayonlarda kifayət qədər iri layihələr həyata keçirilir. Bununla əlaqədar kapital qoyuluşu mütləq şəkildə lazımdır. Ortada idxal amili var. Müasir innovativ layihələrin həyata keçirilməsində mütləq şəkildə idxala ehtiyac var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, hər şey nəzarət altındadır. Maliyyə tarazlığı pozulmayıb. Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq. Bununla bağlı hansısa təhlükə yoxdur və bu baxımdan narahatlığa əsas yoxdur”.
Digər iqtisadçı-ekspert Xalid Kərimli də hesab edir ki, azalmanın səbəbi Mərkəzi Bankın valyuta bazarına intervensiya etməsidir. Onun sözlərinə görə, dövlət alışları, COP 29-dakı xərcləmələr, Qarabağ və Şərqi Zəngəzura qoyulan investisiyalarla əlaqədar ilin ikinci yarısında dövlətin ödəmələri artıb: “Ötən ilin yay aylarında büdcənin xərc hissəsində də 3 milyard artım edildi. Bütün bu ödəmələr də valyuta tələbatı formalaşdırdığı üçün Mərkəzi Bank son iki il ərzində aldığı valyutanı bazara çıxarıb satmalı oldu.
Bundan sonra proseslər necə olacaq? Mərkəzi Bank ehtiyatlarını azaltmaq istiqamətində intervensiya edəcək, ya yox? Bu, biz iqtisadçılar tərəfindən də maraq doğuran bir sualdır. Ona görə də ötən ilin sonunda Mərkəzi Bank rəhbərliyinin iqtisadçılarla görüşü zamanı da bu sualı onlara ünvanlayaraq geniş müzakirə elədik. Görüşdə AMB rəhbərliyi belə bir planlarının olmadığını qeyd etdilər. Belə başa düşdüm ki, Mərkəzi Bank növbəti aylarda da valyuta bazarına əlavə dollar çıxartmayacaq”.
İqtisadçının sözlərinə görə, psixoloji dalğa valyuta bazarına təsir etməsə, 2025-ci ildə manatı ciddi bir təhlükə gözləmir: “Bəzən insanlar devalvasiya ehtimalından çəkinib son manatlarını da verib dollar alırlar. Bu da istər-istəməz valyuta bazarına təsir edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm