AMB iqtisadi artım proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, Mərkəzi Bankın bu ilin sonuna iqtisadi artım proqnozu 2025-ci il üzrə 3,3% təşkil edir.

Qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2 % müəyyən edilib.

AMB-nin 2025-ci il üzrə bundan əvvəlki proqnozu müvafiq olaraq 5,1% təşkil edib.