“Bakı Metropoliteni”ndə keçirilən auiditin nəticələri açıqlanıb.
Bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, “Bakı Metropoliteni tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.
Hesablama Palatasının Kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin Birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.
Bildirilib ki, Hesablama Palatasının Kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin Birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.