Deputat marjinal siyasi qruplara tutarlı cavab verdi
15:02 15.08.2025
Gündəm
382
“Qafqazda yeni bir tarix yazılır”
"ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfərinin yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşımasına baxmayaraq, bu uğura erməni lobbisi ilə yanaşı, daxili marjinal siyasi qruplar da sevinmədi".
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Deputat deyib ki, sosial dayaqlarını tamamilə itirən marjinal qruplar hər vəclə Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar:
"AXC-Musavat iqtidarının səriştəsiz idarəetməsi nəticəsində dağıdılan iqtisadiyyat bərpa olunduğu kimi, o dövrdə itirlən torpaqlarda da artıq geniş miqyaslı quruculuq və bərpa işləri aparılır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyni tam bərpa edilməklə yanaşı, xarici siyasətdə də yeni uğurlara imza atılmaqdadır".
Parlamentari əlavə edib ki, zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir: "Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Artıq Zəngəzur dəhlizinin reallaşması ilə bağlı işlər sürətlənməkdədir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazılır. Bu tarix region üçün inkişaf və əməkdaşlıq səhifəsi açmaqdadır. Bunu qəbul etməyən marjinal siyasi qruplar isə hələ də kənarda dayaqlar axtarmağa çalışırlar. Bu cəhdlər isə əbəsdir. Xalq-iqtidar birliyinin tam formalaşdığı Azərbaycan möhkəm əllərdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya