Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50,2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37,18%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalıb.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 537,3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6,94%-i Azərbaycanın payına düşüb.