2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir.
Sherg.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində qeyd olunub.
Qeyd edək ki, əvvəlki proqnozda bu göstərici 4,8 faizə bərabər olub.
Sənəddə bildirilib ki, proqnoz cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri, bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər, eləcə də digər amillər nəzərə alınmaqla artırılıb.