Ekspert: Turist sayındakı artım kafe, restoran işinin inkişafına öz töhfəsini verib
09:32 30.05.2025
İqtisadiyyat
506
2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 545,3 milyon manat olub.
Bu barədə “APA-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat olub. Beləliklə, hesabat dövründə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ölkə üzrə ümumi dövriyyənin 71.4%-nə bərabər olub.
Mövzu ilə fikirlərini bölüşən turizm eksperti Cabir Dövlətzadə “Sherg.az”a bildirib ki, 20 faizə yaxın artımın olması müəyyən səbəblərlə əlaqədardır:
“Bu artım sadəcə restoranlarda xidmət deyil. Eyni zamanda çatdırılma xidmətində də ciddi bir inkişaf var. İnsanlar evdə oturduqları halda restoran və kafe xidmətlərindən istifadə edə bilirlər. Çatdırma xidməti bunu ən yüksək səviyyədə yerinə yetirir. Bu da ikitərəfli olaraq həm vaxt qənaətinə, həm də insanların məmnuniyyətinə gətirib çıxarır. Sadəcə, yerli vətəndaşlar deyil, xaricdən gələn turistlər də bu inkişafda əsas rol oynayır. Çünki keçən aylarda gələn turist sayında müəyyən qədər artım olub və bu da kafe, restoran işinin inkişafına müəyyən töhfəsini verib. Bakının mərkəzində olan restoranlar daha çox həm gözəgəlimliyi, həm də rəqabət üstünlüyü ilə seçilirlər. Regionlarda isə restoran və kafelər o qədər də çox deyil. Ona görə də rəqabət zəif olduğu üçün regionlarda qiymətlər bəzən yüksək olur. Bakıda isə restoranların çoxluğu səbəbindən rəqabətə uyğun olaraq qiymətlər daha uyğun halda əldə edilə bilir. Turist axınının bu artımda əsas rolu var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm