Tramp neftin qiymət artımını “təhlükəsizlik haqqı” adlandırdı

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin artmasını ölkə və dünya təhlükəsizliyi üçün kiçik bir ödəniş hesab etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp "Truth Social" platformasında yazıb:

"Neft qiymətlərinin qısa müddətli artımı, İranın nüvə təhlükəsi aradan qalxdıqda tezliklə düşəcək, ABŞ və bütün dünya üçün kiçik bir təhlükəsizlik haqqıdır."

Bundan əvvəl Brent nefti London ICE birjasında təxminən 20% artaraq, 2022-ci il 5 iyuldan sonra ilk dəfə 111 ABŞ dollarını keçmişdi.