İstanbulda bənzərsiz xəstəxana: Müştəriləri, kobralar, şir, leylək, iquana... - FOTOLAR

Cerrahpaşa Baytarlıq Fakültəsinin tərkibindəki xəstəxana ekzotik ev və vəhşi heyvanlara hərtərəfli sağlamlıq xidmətləri göstərir. Bölmədə ilan növləri ilə yanaşı şir, leylək və iquana kimi növlər üçün də hər cür müalicə aparılır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, heyvanlara hərtərəfli sağlamlıq xidməti göstərən Elmi Tədqiqat və Təcrübə xəstəxanasında 24 poliklinika fəaliyyət göstərir. 


Bu struktur təcili yardım bölməsi, at və iri heyvan əməliyyat otağı binası, karantin binası, sinif otaqları və stasionar anbar bölmələrindən ibarətdir.
Bura  həmçinin heyvan sağlamlığı sahəsində bir çox yeniliklərə öncülük edir.

Bütün heyvan növlərini və heyvan sağlamlığı ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş xəstəxanada yüksək texnologiyalar da istifadə olunur.

Pişik, it, at, mal-qara, qoyun kimi ev və təsərrüfat heyvanları ilə yanaşı, tısbağa, iquana, tutuquşu, lemur, buqələmun və parakeets kimi ekzotik növlər və tülkü, maral, leylək, şir, balıq, ilan, kirpi kimi canlılar da burada müalicə xidmətləri ala bilir.

 
Xəstəxananın vəhşi təbiət klinikası ildə orta hesabla 1000 ekzotik ev heyvanı və vəhşi heyvana xidmət göstərir.

Xəstəxana 24 saat xidmət göstərir. Yalnız Təcili və Stasionar xidmətlər həftə içi 08:00-17:00, həftə sonları və xüsusi günlərdə isə 24 saat açıqdır. Səhiyyə xidmətləri ödəniş cədvəlinə uyğun olaraq aparılır.

Xəstəxana sahibsiz heyvanlar üçün bələdiyyələrlə əməkdaşlıq edir. İstanbulun bəzi rayonlarında küçə heyvanlarına birbaşa baxım yoxdur.
Bələdiyyələrlə  protokollar çərçivəsində xidmətlər yönləndirmə yolu ilə həyata keçirilir.