Lavrov və Mirzoyan arasında Qarabağ mübahisəsi: Birinci siz tanımısınız

Rusiya Qarabağın Azərbaycana məxsus olduğunu ən yüksək səviyyədə bəyan edib.
Teleqraf xəbər verir ki, bunu İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan Lavrovun Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə cavab olaraq qeyd edib:

“Rusiya Federasiyası Qarabağın Azərbaycana məxsus olduğunu ən yüksək səviyyədə bəyan edib, Ermənistan Respublikası bu yanaşma ilə mübahisə etmir. Bir daha bəyan edirəm: Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.