
Dünyanın ən qədim xalçası: 2500 il buz içində qorunub - FOTO
20:47 12.08.2025
Maraqlı
610
Altay dağlarında, Cənubi Sibirdə, Pazırık Kurqanlarında 1949-cu ildə aparılan arxeoloji qazıntılar zamanı sovet arxeoloqları tarixi kəşflər etdi. Arxeoloq Sergey Rudenkonun rəhbərliyi ilə aparılan qazıntılar zamanı hun zadəganına aid olduğu güman edilən məzarda müstəsna bir şəkildə mühafizə olunan xalça tapılıb. Ölçüsü 183x200 sm olduğu təxmin edilən xalçanın eramızdan əvvəl 5-ci əsrə aid olduğu müəyyən edilib. Pazırık Kurqanlarında tapılan xalça Pazırık xalçası adlandırılıb və “dünyanın məlum olan ən qədim düyünlü xalçası” hesab olunur.

Min illərdir türbədə qorunub saxlanılan xalça tarixi əhəmiyyəti ilə yanaşı, nadir bədii-mədəni irs sayılır. 1949-cu ildə Sergey Rudenkonun rəhbərlik etdiyi qazıntılar zamanı aşkar edilən Pazırık xalçası hazırda Rusiyanın Dövlət Ermitaj Muzeyində nümayiş etdirilir. Təxminən 30 il əvvəl, 1991-ci ildə Erlangen-Nürnberq Fridrix-Aleksandr Universitetinin Fiziologiya və Patofiziologiya İnstitutundan Dr.Karl Messlinqer xalçanı tədqiq etmək üçün bu tarixi əsərdən bəzi lif parçaları götürüb. Mütəxəssislər SEM üsullarından istifadə edərək xalçada çıxarılan cuticle təbəqələrinin altındakı liflərin en kəsiyi boyunca rəng piqmentlərinin və fermentləşdirilmiş yun fraqmentlərinin paylanmasını aşkar ediblər. Bununla belə, Pazırık xalçasında heç bir kutikul qalmadığından, SEM analizi yun liflərinin fermentasiya üsulu ilə boyandığını sübut etmək üçün kifayət etməyib. Daha sonra xalça fərqli texnologiyadan, yüksək ayırdetməli rentgen-flüoresan mikroskopiyadan istifadə edilərək tədqiq edilib. Bu araşdırma Fridrix-Aleksander Universitetinin rentgen mikroskopiyası üzrə mütəxəssisləri Andrea Spet və Rayner Fink tərəfindən aparılıb. Tədqiqat zamanı Orta Asiyada əsrlər boyu istifadə edilən türk qırmızısı (alizarin) kimi tanınan qırmızımtıl liflərə diqqət yetirib. Bu liflərin içərisində alüminium hissəcikləri aşkar edilib. Müayinə zamanı məlum olub ki, xalçanın yun liflərində fermentasiya yolu ilə əldə edilən xüsusi boyama texnikasından istifadə olunub. Dünyanın məlum olan ən qədim düyünlü xalçasının təfərrüatları barədə Memar Sinan Gözəl Sənətlər Universitetinin Ənənəvi Türk Sənətləri kafedrasının müəllimi, doktor Esen Baydemir danışıb: “Türk mədəniyyətində xalçalar çoxfunksiyalı bir quruluşa malikdir. Köçəri türk cəmiyyətlərində toxunmuş çadırların həm döşəməsində, həm də divarlarında xalçalardan çox istifadə olunurdu. Köç zamanı asanlıqla daşına bilən və iqlim şəraitində asanlıqla isinmək üçün istifadə edilən xalçalar türk cəmiyyətlərinin əvəzsiz bir parçası idi” deyən E.Baydemir toxuculuqda istifadə olunan materialların yaşayış yerlərində yetişdirilən heyvanların yunundan əldə edildiyini açıqladı. "Biz görürük ki, xalçalar təkcə sənətkarlıq məhsulu deyil, həm də bədii ifadədir. Xalçalar yastı toxunmur, müxtəlif naxış və motivlərə malikdir. Toxucular bəzən ətraflarında gördükləri təbii əşyalardan, bəzən də türk tayfalarına aid rəmzlərdən motiv kimi istifadə edirdilər. Xalçalarda istifadə olunan motivlər də xalçanın materialını, onun ailə quruluşunu, keyfiyyətini əks etdirir", söyləyən E.Baydəmir bildirib ki, qədim türklər ölümdən sonra ikinci həyatın başladığına inanırdılar. Pazırık xalçasının motivlərini tədqiq edərkən, bəlkə də, ən çox diqqət çəkən detal maralın daxili orqanları ilə birlikdə təsviridir. Fiqurla bağlı fikirlərini bölüşən doktor Esen Baydemir fikirlərini belə yekunlaşdırıb: "Türk mədəniyyətində maral məhsuldarlıq, qadınlıq, hikmətlə əlaqəli müqəddəs bir heyvandır. Türklərdə də maralların ruhları axirətə daşıdığına dair bir inanc var. Pazırık xalçasında istifadə olunan motivlərin heç biri adi deyil və təsadüfi yerləşdirilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol