Oskar mükafatlarına yeni bir kateqoriya əlavə olundu


Oskar mükafatlarına yeni bir kateqoriya əlavə edilib. Akademiya, 2028-ci ildə keçiriləcək 100-cü Akademiya Mükafatlarında "dublör dizaynı" sahəsində bir uğur mükafatı təqdim ediləcəyini elan edib. Bu mükafat, 2027-ci ildə nümayişə girəcək filmləri əhatə edəcək.

Sherg.az xəbər verir ki, Akademiyanın CEO-su Bill Kramer və prezidenti Janet Yang verdikləri birgə açıqlamada bunları deyiblər:

“Sinemanın ilk günlərindən bu yana dublör dizaynı film istehsalının ayrılmaz bir hissəsi olub. Bu texniki və yaradıcı sənətkarların innovativ işlərini təqdir etməkdən qürur duyuruq və bu önəmli nailiyyətləri münasibətilə onları təbrik edirik.”

Akademiyanın prodüksiyon və texnologiya sahəsində 100-dən çox dublör mütəxəssisi fəaliyyət göstərir.