44 günlük savaşın real hekayəsi: “Söz” sənədli filmi izləyicilərlə görüşdü
14:21 11.07.2025
Mədəniyyət
760
İyulun 10-da Nizami Kino Mərkəzində Baku TV-nin istehsalı olan "Söz" adlı qısametrajlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, Ssenarisi real hadisələrə əsaslanan bu sənədli film 44 günlük Vətən müharibəsinə həsr olunub. "Söz" filmi müharibə iştirakçısı, Baku TV-nin əməkdaşı Ələkbər Nəsirovun həyat hekayəsini əks etdirir.
Filmdə Ələkbərin müharibə zamanı keçirdiyi emosiyalar dolğun şəkildə təsvir olunur. Onun timsalında müharibənin insan psixologiyasına vurduğu zərbələr və yaratdığı dəhşətlər tamaşaçıya çatdırılır.
"Söz" eyni zamanda Ələkbərin müharibəyə özü ilə birgə apardığı Seymurun xatirəsini və silahdaşı Raufun atasına verdiyi, lakin yerinə yetirə bilmədiyi vədi də ön plana çıxarır.
Müharibənin doğurduğu ağrılarla yanaşı, ekran əsəri bir qəhrəmanın sarsılmaz vətənpərvərliyindən də bəhs edir. Ələkbərin “Əsas mən yox, əsas bu fotoda Şuşa var” deməsi onun üçün şəxsi varlıqdan daha çox Vətənin önəmli olduğunu aydın şəkildə nümayiş etdirir.
Qeyd edək ki, film Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə rus və ingilis dillərində də təqdim olunur.
Xatırladaq ki, "Söz" sənədli filmi Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafata layiq görülüb. Həmçinin, film "Roma Prisma Film Awards" beynəlxalq film müsabiqəsinin finalçısı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual