Ağamirzə Vüqarla küsülü olub? – Aydınlıq gəldi: “Başqasının şəkillərini pozuram!”
Yusif Sultanoğlu
17:15 07.09.2020
Mədəniyyət
1986
Bu gün sosial şəbəkələrdə mərhum meyxanaçı Vüqar Biləcəri və söz ustadı Ağamirzə Məmmədov haqqında video diqqətimizi çəkdi. Həmin videoda A.Məmmədov gənc şairin ölümü ilə bağlı paylaşım etməməkdə, ustad sənətkar kimi bu məsələyə süst yanaşmaqda ittiham olunur. Xülasə, həmin görüntülərdəki şəxs A.Məmmədovu bir ustad kimi gənc şairin vəfatına biganəliklə günahlandırır.
“Sherg.az”da məsələyə aydınlıq gətirmək üçün söz sənətkarının özü ilə əlaqə saxlayıb. Ağamirzə müəllim söyləyib ki, sözügedən insan yalan danışaraq,ona böhtan atır:
“Vüqar Biləcəri çox istədiyim meyxana deyənlərdən biridir. O rəhmətə gedəndən yarım saat sonra paylaşdım. Şəklini yerləşdirib, “Allah rəhmət eləsin” yazdım. Hətta bəzi pis adamlar yazdı ki, boş Allah rəhmət eləsinlə nə olacaq o boyda şair itirdik. Məsələn, elə dostlar olur, deyirlər ki, meyxanamı, mahnımı paylaş. Mən də paylaşıram, bir həftə səhifəmdə qalır, sonra silirəm.
Vicdanıma, getdiyim Məkkəyə, qıldığım namaza and olsun, Vüqarı paylaşmışdım. Amma o insan böhtan atır, ayıbdır. İnstaqramdan sual verir niyə paylaşmamısız? Sözün varsa, nömrəmi yığ, sualını ver cavablandırım. Vüqarı çox istəyirdim. Allah rəhmət eləsin, həm gözəl şair, həm də yaxşı insan idi. Sözə qulaq asan, ustad sayan adam idi.
O dünyasını dəyişdi, dərhal paylaşdım. Üstündən bir həftə keçdi pozdum. Özümə aid olanlar qalır,başqasının mahnısını, şəkillərini pozuram. Adamın sualı olanda zəng vurar, soruşar. Yoxsa İntsaqramla yazmaq nədir. Mən Vüqarı dəfələrlə görmüşəm, amma o danışan oğlanı onun yanında, ətrafında olmayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm