“Ali Baş Komandanın yumruğu xalqdır, ordudur”
Yusif Sultanoğlu
13:19 12.11.2020
Mədəniyyət
1173
“Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Türkiyənin sülhməramlı qoşunları cənab Ali Baş Komandanın dediyi kimi Qarabağda olacaq. Onlar Rusiya ilə birlikdə Qarabağa nəzarət missiyasını yerinə yetirəcəklər.”
Bu sözləri “Sherg.az”a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O söyləyib ki, Rusiya və Türkiyə sülhməramlıları 3 rayonumuzun Azərbaycana qaytarılmasının müşahidəçisi olacaqlar:
“Anası erməni olan Lavrovun və onun kimilərin çıxışları bizə təsir edə bilməz. Çünki bizim əks təsirimiz var. O da Ali Baş Komandanın yumruğudur. O yumruq da xalqdır, Azərbaycan ordusudur. Ona görə Lavrov kimilərinə fikir vermək lazım deyil. Qələbə Azərbaycanladır! Bundan sonra lazım olsa, hərbi yolla işğalda nəyimiz varsa, düşmənin əlindən alacağıq.”
Xalq artisti, həmçinin böyük qələbəmizlə bağlı təəssüratlarından da söz açıb:
“Əlbəttə, mən də çox sevinirəm. Bu günü uzun illərdir gözləyirdim. 1988-ci ildən Qarabağla əlaqədar istər döyüşlərdə, istərsə arxa cəbhədə yaxından iştirak etmişəm. Şəhid dostlarım çoxdur.
Ən böyük arzum Cıdır düzündə onların ruhuna müjdə verməkdir. Qalib gəldiyimizi, torpaqlarımızın azad olunduğunu hayqırmaqdır.
Böyük ümidlə o günü gözləyirəm. İnşallah o zaman da gələcək. Azərbaycan ordusuna eşq olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bundan sonra onların ailələrinə xüsusi diqqət göstərəcəyimizə dair söz verməliyik.
Şəhidlərimizin ruhu şad olsun. Yaralılarımıza Allahdan can sağlığı arzulayıram. Ordumuzun daha da möhkəmlənməsini istəyirəm”.
Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin heç bir sülhməramlısının Qarabağa göndərilməyəcəyini bildirib. Lakin istər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də Milli müdafiə naziri Hulusi Akar çıxışlarında türk sülhməramlılarının da Qarabağda olacağını vurğulayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial