"Allaha şükürlər olsun ki, bizə bu günləri nəsib etdi"
Yusif Sultanoğlu
09:49 02.10.2020
Mədəniyyət
1216
Yenidən azad olunmuş torpaqlarımızı, yüksəkliklərimizi, kəndlərimizi, ərazilərimizi görürük
Hələ Tovuz döyüşləri əsnasında “Zəfərə doğru”adlı rubrika hazırlayıb,oxucularımıza təqdim edirdik. Qələbənin ayaq səsləri, Qarabağın havası o vaxtdan duyulurdu. İndi isə daha yaxından eşidilir, qulaqlarımız bu əvəzsiz sədanı dinləməkdən doymur.
Ona görə də qaldığımız yerdən öhdəmizə düşən vəzifənin icrasına davam edirik. İyul ayında yarım qalan rubrikamızın növbəti qonağı tanınmış aktyor, əməkdar artist Tahir İmanovdur.
O da hər birimiz kimi zəfərin uzaqda olmadığına, savaşın bizim xeyrimizə nəticələnəcəyinə inanır: “Xalqımızın adından cənab Prezident dedi ki, 30 ildir bu günü gözləyirik.
“O gün olsun” deyə -deyə gözlədik. Allaha şükürlər olsun ki, bizə bu günləri nəsib etdi. Yenidən azad olunmuş torpaqlarımızı, yüksəkliklərimizi, kəndlərimizi, ərazilərimizi görürük. Tezliklə bütün torpaqlarımızın işğaldan azad olunacağına, Azərbaycanın ərazi bütovlüyünü təmin edəcəyinə şübhəm yoxdur.”
Sənətçi həmçinin söyləyib ki, birinci Qarabağ müharibəsi onun gənclik illərinə təsadüf edib:
“1994-cu ildə sülh danışıqlarının nəticəsi kimi atəşkəslə bağlı qərar qəbul edildi. Onda yadımdadır ki, ziyalılarımız danışırdı.
Onlardan eşitmişik ki, bu məsələ heç vaxt sülh yolu ilə həll olunmayacaq.
Nə onlar bizim şərtlərimizlə razılaşacaq, nə də biz. Ona görə də problemin bir həll yolu var, o da müharibədir. Başqa yolumuz yoxdur, neyniyə bilərik? Mütləq ərazi bütövlüyümüzü bərpa etməliyik ki, gələcək nəsillər bizi qınamasın.
Şükürlər olsun, Azərbaycan hər baxımdan güclüdür. İqtisadiyyatımız, cəmiyyətimiz, ordumuz güclüdür. Daha böyük nemət nə ola bilər? Bundan istifadə edib torpaqlarımızı azad etməliyik, edəcəyik!.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm