Aşıq Ələsgərin yubileyi bahar fəsli kimi xoşdur
Yusif Sultanoğlu
10:28 20.02.2021
Mədəniyyət
689
Məhərrəm Qasımlı: "Biz dədə Ələsgəri ucaltmaqla o yurdun ruhuna, qutsallığına üz tuturuq"
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin dünyaya gəlməsinin 200 illik yubileyi tamam olur. Qeyd edək ki, Prezident də yubileyin təntənəli keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "Şərq"ə açıqlamasında Aşıq Ələsgərin yubileyinin təntənə ilə qeyd edilməsinin əhəmiyyətindən söz açıb:
“Aşığın 200 illiyinin keçirilməsi musiqi və poetik mədəniyyətimizin təcəssümüdür. Bu, yaz və bahar fəsli kimi xoşdur. Ona görə Aşıqlar Birliyi, saz və söz ictimaiyyəti adından cənab Prezidentə təşəkkür edirəm.
Aşıq Ələsgərə verilən dəyərin arxasında təkcə ozan-aşıq sənəti deyil, həm də onun doğulduğu Göyçə torpağının müqəddəsliyi var. Biz dədə Ələsgəri ucaltmaqla o yurdun ruhuna, qutsallığına üz tuturuq.
Fikrimcə, görüləcək işlərimiz çoxdur. Aşıq Ələsgərin külliyyatının geniş miqyasda çap olunması, şeirlərindən ibarət audio və video disklərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması olduqca vacibdir. Yəqin yubileylə bağlı tədbir Bakıda baş tutacaq.
İnşallah, o zamana qədər pandemiya dövrü bitər. Azərbaycanın müxtəlif bölgələrində, Qarabağda tədbirlər təşkil edərik. Hamımız birmənalı şəkildə bununla bağlı işlər görməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət