Behbudov ABŞ-nin məşhur teatrında Dezdamonanı oynadı

Juliya Behbudov ABŞ West Bay Opera Teatrında Cüzeppe Verdinin “Otello” operasında Dezdemona rolunda müvəffəqiyyətlə çıxış edib.

Kult.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Bildirilib ki, tamaşa iyunun 1-nə qədər dörd dəfə oynanılması nəzərdə tutulub.

İlk tamaşadan sonra Amerikanın məşhur peşəkar teatr saytında (teatreeddys.com/teatr burulğanı) böyük məqalə dərc olunub. Tamaşa teatr tənqidçilərinin diqqətini cəlb edib. Julianın çıxışı xüsusi qeyd olunub.

Qeyd edək ki, Juliya Behbudov (Behbudova deyil – red.) Rəşid Behbudovun nəvəsinin həyat yoldaşıdır. Ailə 4 ildir ABŞ-da yaşayır.