“Bir şəhid bacısı, şəhid xanımı kimi qürurluyam” – Qisas qiyamətə qalmır !
Yusif Sultanoğlu
13:17 21.10.2020
Mədəniyyət
1048
“Mənim ailə üzvlərim 1991-1994-cü illərdə vətən uğrunda döyüşüb, şəhid olublar”
“Həmin torpaqlarda qanları tökülüb. İndi müzəffər ordumuzun addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir”
“Hesab edirəm ki, mənim şəhidlərim ölməyib, sağdırlar. Çünki ruhları sevinir. Onların ruhu o torpaqlardadır. İndi şaddılar ki, torpaqlarımız işğaldan azad olunur”
Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu uğurlu əks-əməliyyatlara davam edir. Düşmən təxribatlarına məhəl qoymadan irəliləyən ordumuz bir aya yaxın müddətdə torpaqlarımızın xeyli hissəsini işğaldan azad edib. Az qala hər günümüzü xoş xəbərlərlə açırıq. Kəndlərimizin, qəsəbələrimizin, rayonlarımızın, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimizin düşmən tapdağından qurtuluşunu eşdirik. Nə xoş ki, bütün müjdələri cənab İlham Əliyevin birbaşa özündən duyuruq.
Bu günə qədər Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, Suqovuşan, Hadrut və Murovdağ yüksəkliyini, eləcə də bir sıra yaşayış məntəqələrimiz, yüksəkliklərimiz işğaldan azad olunub.
Müzəffər ordumuzun zəfərləri ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən əməkdar artist Gülüstan Əliyeva söyləyib ki, hazırda çox sevinclidir:
“Torpaqlarımız 30 ilə yaxındır ki, işğal edilib. Uzun zaman keçdi, amma gözlədik, dözdük. Qarabağ həsrətini sinəmizdə daşıdıq. İndi Ali baş komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunur.
Azərbaycan xalqı vətən uğrunda müharibəyə qalxıb. Torpaqlarımızı terrorçulardan təmizləyirik. Nə xoşdur ki, uğurlarımız, zəfərlərimiz var. Ona görə həm bir sənət adamı, həm də vətəndaş kimi çox fərəhlənirəm.
Sevincliyəm, qürurluyam. Sevincliyəm ona görə ki, torpaqlarımız düşmən tapdağından təmizlənir. Bir tərəfdən də şəhid bacısı, şəhid xanımı kimi qürurluyam.
Mənim ailə üzvlərim 1991-1994-cü illərdə vətən uğrunda döyüşüb, şəhid olublar. Həmin torpaqlarda qanları tökülüb. İndi müzəffər ordumuzun addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir.
Ona görə fəxr edirəm. Hesab edirəm ki, mənim şəhidlərim ölməyib, sağdırlar. Çünki ruhları sevinir.
Onların ruhu o torpaqlardadır. İndi şaddılar ki, torpaqlarımız işğaldan azad olunur.
İnanıram ki, həmin ərazilərdə güllər əkəcəyik, gözəlliklər yaradacağıq. Çox keçmədən işğaldan qurtulan rayonlarımız, şəhərlərimiz çiçəklənəcək,əvvəlki görünüşündən də gözəl görünəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm