"Biz 44 günlük zəfərin fəlsəfəsini dərk etməliyik"
02:54 19.02.2021
Mədəniyyət
709
Bundan sonra filmlər çəkmək, düşünülmüş əsərlər ortaya qoymaq olar
44 günlük vətən savaşımız haqqın qələbəsi ilə sonlandı. Əzəli və əbədi torpağımız Qarabağ zəfərimizin nəticəsində artıq azaddır. Biz bu savaşı igid və qəhrəman oğullarımızın cəsurluğu, biləyimizin gücü, xalqımızın əzmi və birliyi sayəsində qazandıq. Azərbaycan qalib ordunun azad və bütöv vətənidir. Zəfərimiz tarixə yazılıb, dillərə dastan olub.
Milli və mənəvi qürur mənbəyimiz olan bu qələbənin lentə alınıb səhnələşdirilməsi barədə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov "Şərq"ə danışıb.
"Böyük zəfərimizi səhnələşdirmək günümüzün ən aktual mövzularından biridir. Əsas olan odur ki, bu təkcə tarixi qələbə deyil, həm də bizim mənəvi zəfərimizdir.
44 günlük müharibənin hər anını televiziyadan, müxtəlif KİV vasitələrindən öyrənib yazırdıq. Bu zəfər sayəsində uzun illər erməni yalanlarına inananlar artıq onların necə murdar, yalançı, hiyləgər olduğunu anladı. İgid oğullarımız qəhrəmanlıq göstərərək bütün dünyaya xalqımızın və dövlətimizin nəyə qadir olduğunu sübut etdi.
Bu mövzuya mənəvi tərəfdən yanaşdıqda çox böyük bədii təfəkkür tələb etdiyini görmüş olarıq. Müharibənin fəsadları yaxın zamanda o qədər də yaxşı dərk edilmir. Bu baxımdan biz müharibənin bütün ağrı-acısını, faciələrini ortaya qoymaq üçün müharibəyə qədər, müharibə ərzində və müharibədən sonrakı müddətdə baş verənləri dərindən anlamalı, başa düşməliyik. Kino və film çox böyük hazırlıq tələb edən sahədir. 44 günlük Vətən savaşımızın qalibiyyəti şüurlarımıza həkk olunmalıdır. Biz onun bütün elmi fəlsəfəsini dərk etməli, həmin zəfəri hiss etməliyik, bu qələbə canımıza hopmalıdır. Yalnız bundan sonra düşünülmüş əsərlər ortaya qoyula bilər".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət